Cümə Gününüz Mübarək Azerice Cuma Mesajları

  • 12 Mayıs 2018
  • 351 kez görüntülendi.
Cümə Gününüz Mübarək Azerice Cuma Mesajları

Cümə Gününüz Mübarək Azerice Cuma Mesajları

hqdefault.jpg

Allahım! Bizi rəhmətinin lütfü ilə bağışla, bizə rəhm et. Bizə hidayət ver və sırat-ı müstəqimdən ayırma…

Ey Rəbbimiz! Bu gün edəcəyimiz dualarımızı qəbul et və bizi Makam-ı Mahmuda qonşu olmağa məzhər olanlardan elə.

Ya Rəbbim! Səsimizi eşidənsən, hallımızı bilənsən. Açdıq könlümüzü Sənə, Sən imdad eylə, sən bağışla, sən yollarımızı xeyr elə.

Mələklər daim duaçınız olsun. Ürəyiniz fərəh, ilhamınız bol olsun. Sevimli Peyğəmbərimiz, şəfaətçimiz olsun.

Ya Rəbbim! Gönlümün təsbihini ümid muncuqları düzdülər dənə-dənə. Hər bir çəkəndə “bağışla” deyərək sığındım rəhmətinə.

Cümə günlərində duanın qəbul olacağı bir an vardır. Cümənin gündüzü, gecəsindən daha qiymətlidir.

Cuma-mesajlar%C4%B1-yeni-face.jpg

Həyatın şərəflisini, ruzinin bərəkətlisini, əxlaqın fazilətlisini, övladın ədəblisini nəsib eylə, Ya Rəbbim.

Allah Rəsulu sallallahu əleyhi və səlləm buyurdu:

“Kim Allahdan başqa heç bir ilah olmadığına, Məhəmmədin də Onun Rəsulu olduğuna şəhadət edərsə, Allah ona atəşi haram edər.”

Allah Rəsulu sallallahu əleyhi və səlləm buyurdu:

“Kim, Allaha heç bir şeyi ortaq qoşmadan və haram qana bulaşmadan ölsə, cənnətin hansı qapısını diləsə ondan keçirilər ”

Özünü itirmədən, haram və halal sərhədini aşmadan, dəyərlərimizə sahib çıxaraq, imanımızı qüvvətləndirməyi bizə nəsib elə, Ya Rəbbim.

Bu gün dünəndən daha çox müsəlman fərd və cəmiyyətlər olaraq yenidən iman etməyə ehtiyacımız var.

Gözəl Allahım hər birimizə həyatın gerçəkləriylə üzləşib onunla baş edə bilməyi və imanımızı yeniləyib qurtuluşa çatmağı nəsib etsin.

Allahım peyğəmbərin Məhəmməd (s.ə.s.) in hörməti üçün Səndən istəyirəm, Sənə yönəlirəm! Bu mübarək gün dualarımızı qəbul eylə.

Allahım! İnancımıza görə bizi zillətə salmağa səy edənlərə fürsət vermə. Bizli İslam yolundan ayırma.

1415985080_1371144075_444.jpg

Hər yerdə həddini bilən, könül aynasını silən, məhşərdə bəraət edib üzü gülən qullarından et bizi.

Cümə gününüz mübarək olsun, inşallah…

Ey mərhəmətli Yaradanım, bizi səhhət ilə birlikdə imanımızdan ayırma…

ZİYARETÇİ YORUMLARI

Henüz yorum yapılmamış. İlk yorumu aşağıdaki form aracılığıyla siz yapabilirsiniz.

BİR YORUM YAZ

%d blogcu bunu beğendi: